Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Peyvəndlə bağlı bu məsələdə fikirlər tamamilə yanlışdır - VİDEO

Peyvəndlə bağlı bu məsələdə fikirlər tamamilə yanlışdır - VİDEO

Tarix: 5 May 2021 11:10

Peyvəndin ikinci mərhələsində dozanın daha çox olması barədə fikirlər tamamilə yanlışdır.

Sonxeber.net xəbər verir ki, bunu ARB24-ün "İş vaxtı" verilişinə açıqlamasında millət vəkili Müşfiq Məmmədli deyib. O bildirib ki, peyvənd hər iki mərhələdə eyni dozada tətbiq olunur:

"ÜST-ün tövsiyəsi var ki, ilk doza hansı peyvəndlə başlanılıbsa, ikinci doza da o olsun. Burada birinci və ikinci doza arasında isə fərq yoxdur və onlar standart formada hazırlanmış məhlullardır".

Millət vəkili qeyd edib ki, peyvəndin 3-cü dozasının tətbiqi barədə fikirlər səsləndirilir:

"Hətta səhiyyə avtoritetləri arasında vaksinin 3-cü dozası barədə bəzi fikirlər səsləndirilir. Bu barədə araşdırmalar gedir. Hazırda isə iki doza peyvəndlə biz bir il ərzində dayanıqlı immunitet formalaşdıra bilirik".


Etiketlər:  Peyvəndlə bağlı məsələdə fikirlər tamamilə yanlışdır VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ