Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 May 2021 14:14
Meksikada mayın 3-ü baş verən metro faciəsi ilə əlaqədar üç günlük matəm elan edilib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bununla bağlı ölkə Prezidenti Andres Manuel Lopez Obrador müvafiq fərman imzalayıb.
"3 may 2021-ci il tarixində Mexiko Siti metrosunun kollektiv nəqliyyat sisteminin 12-ci xəttindəki faciə ilə əlaqədar üç günlük milli matəm elan edildi",- deyə sənəddə qeyd olunub.
Prezidentin fərmanı dərc edildiyi andan qüvvəyə minir və 7 may daxil olmaqla qüvvədə olacaq, dövlət bayraqları 4 və 6 may tarixlərində endiriləcək.
Xatırladaq ki, mayın 3-də Mexiko şəhərində metro körpüsünün qatar keçdiyi zaman çökməsi nəticəsində 25 nəfər həlak olub, 79 nəfər yaralanaraq xəstəxanaya yerləşdirilib.