Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Göyçə: itirilmiş ocaq - VİDEO

Göyçə: itirilmiş ocaq - VİDEO

Tarix: 5 May 2021 15:18

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "Virtual Qarabağ" İnformasiya Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyi tərəfindən yeni  "Göyçə : itirilmiş ocaq" sənədli filmi istehsal edilmişdir.

Milli.Az bildirir ki, filmdə buz kimi bulaqları, yaşıl çəmənləri, uca dağların qoynundakı mavi gözlü Göyçə gölünü, ruhumuzun qidası olan ozan - aşıq sənətini bizə xatırladan, igid insanları və qonaqsevərliyi ilə seçilən və Azərbaycan mədəniyyətinin və  tarixi coğrafiyasının ən böyük itkilərindən biri olan eldən, Oğuz yadigarı - Göyçədən  bəhs edilir. Sənədli filmin ideya müəllifi və layihə rəhbəri Nurəddin Mehdiyev, ssenari müəllifləri tarixçi alimlər Nazim Mustafa, Ramin Əlizadə, rejissoru Teymur Nəcəfzadədir. 

Filmi bu linkdən izləmək olar.

Milli.Az


Etiketlər:  Göyçə itirilmiş ocaq VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ