Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 May 2021 18:00
Koronavirus epidemiyası dünyanın dəniz səviyyəsindən ən yüksək yeri olan Everest dağındakı alpinistlər arasında da yayılmağa başlayıb.
Sonxeber.net yenisabah.az-a istinadən xəbər verir ki, düşərgələrdə qalan alpinistlərin göndərildiyi Katmandu xəstəxanalarında 17 nəfərin COVID-19 daşıyıcısı olduğu aşkar edilib.
Qeyd edək ki, Everestdə ilk dəfə aprelin 20-də norveçli alpinist Erlend Ness koronavirusa yoluxub.
Bütün bunlara baxmayaraq, Nepal hökuməti alpinistlərin müsbət virus testləri ilə bağlı hər hansı bir açıqlama verməkdən imtina edib.