Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 May 2021 07:26
"Qalatasaray"da mayın 22-də keçirilməsi nəzərdə tutulan növbədənkənar prezident seçkisi ləğv olunub.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, buna koronavirus pandemiyası ilə bağlı ölkədə tətbiq edilən sərt karantin rejimi səbəb olub.
Seçicilərin problemlə üzləşə biləcəyini nəzərə alan klub seçkilərin yeni vaxtının yaxın günlərdə açıqlanacağını bildirib.
Prezident seçkisi ötən ilin dekabrında keçirilməli olsa da, eyni səbəbdən təxirə salınıb.