Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 May 2021 18:40
Türkiyəli gənc aktrisa Afra Saraçoğlu karyerası ilə bağlı səmimi etirafı ilə gündəmə gəlib.
Sonxeber.net axsam.az-a istinadən xəbər verir ki, 23 yaşlı aktrisa Özcan Dəniz və Nurgül Yeşilçay ilə birlikdə rol aldığı "İkinci şans" filminin heyətinə necə daxil olduğunu açıqlayıb:
"Özcan Dəniz sosial şəbəkə hesabından Nurgül Yeşilçay ilə şəklini paylaşaraq "biz başladıq" yazmışdı. Anam bu paylaşımı gördükdən sonra Özcan Dənizə mesaj göndərib. Üstəlik anam Nurgül Yeşilçayın qızını oynayacaq rəngli gözlü bir qız axtardıqlarını bilmədən mesaj yazıb. Sonra da mənə zəng ediblər. Bunu çox böyük şans olaraq görürəm və dəyərləndirirəm".