Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Futbol adamlarına məxsus bahalı villalar - FOTOREPORTAJ

Futbol adamlarına məxsus bahalı villalar - FOTOREPORTAJ

Tarix: 6 May 2021 19:12

Sonxeber.net xəbər verir ki, goal.com saytı ən bahalı evlərə sahib olan futbolçuların və sabiq oyunçuların siyahısını hazırlayıb. Onların arasında 7 şəxs yer alıb.

Ən bahalı ev "Mançester Yunayted"in və İngiltərə millisinin sabiq futbolçusu, hazırda "İnter Mayami"nin sahiblərindən biri olan Devid Bekhemə məxsusdur. Villanın dəyəri 40 milyon sterlinqdir.

İkinci sırada Ueyn Runidir. İngiltərəli məşhurun evinin qiyməti 20 milyon sterlinqdir.

Braziliyalı Kaka 3-cü pillədə qərarlaşıb. Onun yaşadığı ev 9 milyon sterlinq məbləğində qiymətləndirilir.

Kriştiano Ronaldo bu göstəricidə 4-cüdür. 36 yaşlı hücumçunun villası 8 milyon sterlinq dəyərindədir.

Lionel Messi də evinin lüksluğu ilə öndə gedən şəxslər sırasındadır. Onun villasının qiyməti 6 milyon sterlinqdir.

Rikki Put və Con Terri isə 6-cı yeri bölüşdürürlər. Onların villası 5 milyon sterlinq qiymətindədir.


Etiketlər:  Futbol adamlarına məxsus bahalı villalar FOTOREPORTAJ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ