Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 May 2021 19:50
Həyat yoldaşı Xalq artisti Arif Quliyevin son arzusundan danışıb.
Sonxeber.net xəbər verir ki, aktyorla birgə yaşadığı evdən lent.az-a açıqlama verən Gülzar Quliyeva bu sözləri deyib: "Artıq 43 il idi ki, Ariflə evli idik. 1985-ci ildən bəri isə bu evdə yaşamışıq. Arif bəyin ən böyük arzusu nəvələrinin toyunu görmək idi. Qismət olmadı".
Xatırladaq ki, A.Quliyev ötən gün koronavirusdan dünyasını dəyişib.
Vəziyyəti ağır olan aktyor süni tənəffüs aparatına qoşulmuş, ağ ciyərlərinin doxsan faizi buzlaşmışdı.