Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycan Olimpiadaya 20-ci lisenziyanı rəsmiləşdirdi

Azərbaycan Olimpiadaya 20-ci lisenziyanı rəsmiləşdirdi

Tarix: 8 May 2021 21:42

Azərbaycan Tokio Olimpiadasına 20-ci lisenziyanı qazanıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Bolqarıstanın paytaxtı Sofiyada keçirilən güləş üzrə Dünya Olimpiya Təsnifat turnirinin yarımfinalında Rafiq Hüseynov Viktor Nemeşdən (Serbiya) üstün olub - 4:1.

Bununla da Azərbaycanın yunan-Roma güləşi üzrə 77 kq çəki dərəcəsində Olimpiadada iştirak edəcəyi dəqiqləşib.

Beləliklə, ikiqat Avropa çempionu olan 32 yaşlı Rafiq Hüseynov karyerasının son ilində ilk dəfə Olimpiadada iştirak edəcək.

Sabah Rafiq Hüseynov finalda Bolqarıstanı təmsil edən erməni Aik Mnatsakanyanla qızıl medal görüşünə çıxacaq.

Bu, Azərbaycanın 20-ci, güləşçilərimizin isə 7-ci lisenziyası olub. Bunlardan ikisi yunan-Roma güləşinin payına düşür.

Milli.Az


Etiketlər:  Azərbaycan Olimpiadaya 20 ci lisenziyanı rəsmiləşdirdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ