Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 May 2021 08:18
Buxarestdə koronavirusa qarşı peyvəndlənmə ilə əlaqədar marafon keçirilir.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, marafon 3 gün və 3 gecə keçiriləcək. Vətəndaşlara heç bir öncədən qeydiyyatsız Pfizer şirkətinin peyvəndi vurulacaq. Bu Rumıniyada kütləvi peyvəndlənmə ilə əlaqədar keçirilən ən böyük tədbirdir. Vətəndaşlardan yalnız şəxsiyyət vəsiqəsinin təqdim olunması tələb olunur. Tədbirdə 1200 könüllü, həkim, tibb bacısı, Buxarest Dövlət Universitetinin Tibb fakültəsinin tələbələri iştirak edir.