Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 May 2021 16:42
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 25 625 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 710, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 21 915nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 687 397, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 005 578, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 681 719 nəfər təşkil edir.