Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bel ağrısı olanlarda ölüm riski niyə yüksəkdir? - ARAŞDIRMA

Bel ağrısı olanlarda ölüm riski niyə yüksəkdir? - ARAŞDIRMA

Tarix: 10 May 2021 22:36

Daha çox qadınlarda bel ağrısı erkən ölümə səbəb olduğu araşdırılıb.

Sonxeber.net xəbər verir ki, ABŞ Boston Universitetinin alimləri yeni elmi araşdırmalarında qadınlarda daimi xroniki bel ağrılarının erkən əlilliyə səbəb olduğunu bildirib.

Alimlər 81 min nəfərin qatıldığı 11 elmi tədqiqatın nəticələrini analiz ediblər.
İştirakçıların tibbi məlumatları 23 il ərzində toplanmışdı

Məlum olub ki, beldə xroniki ağrılarla xəstənin erkən ölümü arasında əlaqə var və bu daha çox qadınlarda görülür.

Əgər qadında güclü bel ağrıları varsa, onun ömrü minimum 1,5 -2 il azala bilər. Əgər ağrı dözülməlidirsə, gəzmək, yüngül idmana mane olmursa, o zaman qadınlar fizioterapiya, idmanla ömürlərini uzada bilər.

Alimlər bu fenomeni onunla izah ediblər ki, beli xroniki ağrıyan qadınların fiziki aktivliyi azalır, gündəlik işlərini də görmür, depressiyaya düşür, gəzintiyə çıxmır, çəkisi artır və ürək-damar sistemi yüklənir. Nəticədə ölümə səbəb bel ağrısı birbaşa yox, ürək səbəb olur.

Beli ağrıyan yaşlı qadınlar bədən tarazlığını saxlaya bilmir, tez yıxılır. sınıqlara məruz qalır. /medicina.az


Etiketlər:  ağrısı olanlarda ölüm riski niyə yüksəkdir ARAŞDIRMA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ