Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 May 2021 13:14
"Taliban" silahlılara tətildə heç bir hücum etməmək tapşırığı verildiyini açıqlayıb.
Sonxeber.net virtualaz.org-a istinadən bildirir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Qeyd olunur ki, "Taliban" yaraqlıları hökumətin nəzarəti altındakı bölgələrə, eləcə də hökumət qüvvələri "Taliban" tərəfindən nəzarət edilən bölgələrə gedə bilməzlər.
Açıqlamada insanların tətilini dinclik və təhlükəsizlik şəraitində keçirmələri üçün atəşkəs qərarının alındığı və atəşkəs zamanı qarşı tərəfdən edilən hər hansı bir hücuma cavab veriləcəyi də vurğulanıb.
"Taliban" tərəfinin atəşkəs qərarı ilə əlaqədar hökumət tərəfindən hələ bir açıqlama verilməyib.
Əfqanıstan hökumətinə görə, xarici qüvvələrin təxminən 10 gündür geri çəkilməyə başlamasından sonra ölkədə şiddət xeyli artıb.