Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 May 2021 17:45
"O qədər çətindir oxumaq... Hər cümlədə qəhər boğur məni, hər sətirdə gözüm dolur. Hər kəlmədə xatirələr".
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Xatun Əliyeva sosial şəbəkədə yazıb. Stilist qardaşı Balaşı itirən ifaçı sənətə qayıtmağa hazırlaşdığını bildirib:
"Səsim də, sənətim də, uğurlarım da onun arzuları idi. Balaş mənimlə bağlı o qədər gözəl arzular qururdu ki... Allahın izni ilə onun bütün arzularını həyata keçirəcəm. Bu çarəsiz günlərimdə mənim yanımda olan, məni ruhlandıran, dəstək olan sadiq dostlarıma təşəkkür edirəm".
Xatun "Acı" adlı yeni mahnı üzərində işlədiyini də söyləyib.