Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Lenovo” şirkəti “Snapdragon 870” əsasında planşet hazırlayır

“Lenovo” şirkəti “Snapdragon 870” əsasında planşet hazırlayır

Tarix: 11 May 2021 20:16

Çinin "Lenovo" şirkəti yaxın vaxtlarda iki yeni planşet təqdim edəcək. Şirkət təqdimatdan əvvəl böyük modelin - "Xiaoxin Pad Pro" smartfonunun bir sıra xüsusiyyətlərini açıqlayıb.

Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, "Lenovo" nümayəndələrinin sözlərinə görə, "Pad Pro 2021" planşeti 2560х1600 pikselli, 600 kandel/kvadratmetr parlaqlıqlı və maksimal 800 000:1 kontrastlı 90 giqaherslik "OLED" ekranla təchiz ediləcək. Həmçinin qeyd olunur ki, qurğu "HDR10" standartını, "Dolby Vision" texnologiyasını dəstəkləyəcək və "TUV Rheinland" sertifikatına malik olacaq.

Məlumata görə, "Xiaoxin Pap Pro 2021" modeli "Snapdragon 870" platforması üzərində qurulacaq. Şirkətin planlarına "Snapdragon 750G" prosessoru əsasında işləyən nisbətən ucuz "Xiaoxin Pad Plus" smartfonunun buraxılışı da daxildir. Yeni qurğuların təqdimat tarixi və qiyməti barədə məlumat verilmir.

Müqayisə üçün qeyd edək ki, "Snapdragon 730G" prosessorlu, 6/128 giqabayt yaddaşlı aktual "Xiaoxin Pad Pro" nəsli şirkət tərəfindən 308 dollar dəyərində qiymətləndirilib.


Etiketlər:  Lenovo şirkəti Snapdragon əsasında planşet hazırlayır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ