Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirusla əlaqədar Özbəkistanda vəziyyət pisləşir

Koronavirusla əlaqədar Özbəkistanda vəziyyət pisləşir

Tarix: 11 May 2021 20:52

Koronavirusun Özbəkistanda artımı ilə bağlı vəziyyətin pisləşməsi ilə əlaqədar "Uzbekistan Airways" aviasiya şirkəti Yaponiyaya reysləri dayandırıb, Hindistana olan aviareyslərin sayı azaldılıb.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, mayın 17-dək Daşkənd, Səmərqənd, Fərqanə və Urgəncdən İstanbula olar reyslər ləğv olunub. Mayın 1-dən isə Özbəkistan dünyanın 9 şəhərinə - Paris, Tokio, Roma, Milan, Banqkok, Mumbay, Amritsar, Kuala-Lumpur və Cakartaya olan aviareysləri müvəqqəti dayandırıb.

Özbəkistanın Koronavirusla bağlı Xüsusi Respublika Komissiyasının yaydığı məlumata görə, vəziyyətlə əlaqədar Səmərqənd vilayətinin məktəbləri, uşaq bağçaları, kollec və liseyləri, ali təhsil müəssisələri iki həftəlik karantinə bağlanıb.

Koronavirus aşkar edilən Daşkənd şəhərinin və vilayətin təhsil müəssisələri də iki həftə müddətinə işini dayandırıb.


Etiketlər:  Koronavirusla əlaqədar Özbəkistanda vəziyyət pisləşir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ