Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Twitter daxilində Spaces adlı Clubhouse analoqu istifadəyə verilib

Twitter daxilində Spaces adlı Clubhouse analoqu istifadəyə verilib

Tarix: 11 May 2021 23:44

Twitter öz tətbiqinin Android və iOS versiyasının daxilində Spaces adlı servisi istifadəyə verib. Spaces adlı servis Clubhouse analoqudur və o, sosial şəbəkənin daxilində qrup audioçatlarını yaratmağa imkan verir. Beləliklə Twitter istifadəçiləri tətbiq daxilində bu cür qruplar yaradaraq öz aralarında müxtəlif mövzular üzrə ünsiyyət qura bilərlər. Qrup çatlarında iştirak edən dinləyicilər emojilər vasitəsilə spikerlərə reaksiya bildirə bilərlər.

Bundan əlavə olaraq onlar audioçatda aparılan hansısa müzakirəyə də qoşulma imkanına sahib olurlar. Gələcəkdə tərtibatçılar bu servisin imkanlarını genişləndirməyi planlaşdırırlar. Hal hazırda Twitter daxilində qrup audioçatlarını yalnız 600 və daha yuxarı abunəçisi olan istifadəçi hesabları yarada bilirlər. Çox güman ki, yaxın zamanda bu cür məhdudiyyət aradan qaldırılacaq. Qeyd etmək lazımdır ki, Twitter sözügedən funksiyanı hələ keçən ilin dekabr ayından test edirdi. Həmin vaxtda servis məhdud sayda istifadəçi üçün aktiv idi.

Milli.Az


Etiketlər:  Twitter daxilində Spaces adlı Clubhouse analoqu istifadəyə verilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ