Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 May 2021 10:50
Müğənni İlhamə Qasımova maraqlı açıqlaması ilə gündəmə gəlib.
Sonxeber.net baku.ws-ə istinadən bildirir ki, "MTV" kanalında yayımlanan "6/8" proqramına qonaq olan sənətçi xeyli çəki alması ilə diqqət çəkib. İlhamə 25 kiloqram kökəldiyini etiraf edib:
"1 ildir karantinə görə evdən çölə çıxmıram. İdman da edə bilmirəm. Yeyirəm və yatıram.
Ona görə də çəkim artıb. Hazırda 25 kiloqram artıq çəkim var. Hərəkət edəndə əziyyət çəkirəm".