Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Avqust 2019 15:52
Bakı. İlhamə İsabalayeva - Trend:
Azərbaycanda dərmanlarla təminat da icbari tibbi sığorta paketinin xidmətlər paketinə daxil olmalıdır.
Trend-in məlumatına görə, bunu Azərbaycanda səfərdə olan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Səhiyyə məsələləri üzrə baş iqtisadçısı Melitta Jakab səhiyyə sistemində dəyişiklərlə bağlı Azərbaycan hökumətini dəstəkləmək üçün ölkəyə gəlmiş beynəlxalq missiyanın nəticələrinə dair tədbirdə deyib.
Onun sözlərinə görə, bu dərmanlar ilkin səhiyyə xidmətlərinə aid olmalıdır: "Hesab edirik ki, ilkin olaraq, 20-30 adda dərman bu paketə daxil ola bilər. Bunlar əsasən ilkin səhiyyə xidmətlərində istifadə edilən dərmanlar olmalıdır. Paketə qan təzyiqini aşağı salan, şəkər xəstəliyi üçün nəzərdə tutulan, uşaqları infeksiyadan, xüsusilə tənəffüs yolları infeksiyalarından qoruyan antibiotiklər, hamilə qadınlar üçün folik asid və dəmir əlavə edilə bilər. Lakin bununla bağlı hesablama aparılmalıdır".
M.Jakab hesab edir ki, dərmanların paketə daxil edilməsi insanların maliyyə yükünü azaldar.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin