Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 May 2021 21:39
Təmizlik xəstəyinin bir sıra əlamətləri vardır.
Sonxeber.net həmin əlamətləri təqdim edir:
Takıntı xəstəliyi cəmiyyətdə hər 100 nəfərdən 2-3-də olur. Qadınlarda 3 dəfə daha çox rastlanılır. Çox zaman 20-li yaşlarda başlayır.
Təmizlik xəstəliyində həmin şəxs özünün, paltarlarının ya da ev və evdəki hər şeyin kirləndiyini, tozlandığını, mikrob düşdüyünü düşünür.
Əlamətləri:
Tez-tez əlləri yumaq. Buna görə də həmin şəxsin əlləri soyular və ya eqzema olur.
Hamamda bir saatdan çox yuyunmaq.
Tualetdə uzun müddət qalmaq.
Çox sabun və dezenfeksiyadan istifadə etmək.
Çöldə geyindiyiniz paltarları evə girər-girməz paltaryuyana atmaq.
Marketdən aldığı hər şeyi təkrar-təkrar yumaq.
Hər gün evi başdan ayağa təmizləmək.
Paltarları bir dəfədən çox yumaq.
Yüksək su çekləri.
Müalicə üçün isə mütləq psixiatra müraciət edilməlidir. /medicina.az