Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 May 2021 22:08
Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz və vəliəhd şahzadə Məhəmməd bin Salman krallığın Orqan Transplantasiyası Mərkəzində donor qismində qeydiyyatdan keçiblər. Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə rəsmi SPA agentliyi məlumat yayıb.
Məlumatda qeyd olunub ki, Kral ailəsinin başçıları bu addımı humanitar jest olaraq atıblar. Agentlik yazıb ki, Kral Salmanın nəcib təşəbbüsü ölkə vətəndaşları üçün örnək olmalıdır.
Səudiyyə Ərəbistanının Orqan Transplantasiyası Mərkəzi Kral Salman bin Əbdüləzizin təşəbbüsü ilə keçmiş Böyrək Transplantasiyası Mərkəzinin bazasında yaradılıb. Burada ürək, böyrək, qaraciyər və ağciyər nəqli həyata keçirilir. Kral ailəsinin digər üzvlərini də donor qismində qeydiyyatdan keçdikləri bu mərkəz Yaxın Şərqin sözügedən profil üzrə ən böyük səhiyyə ocağıdır.