Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Aşağı–yuxarı təzyiq göstəricisi nədir - Hansı göstəricilər normaldır?

Aşağı–yuxarı təzyiq göstəricisi nədir - Hansı göstəricilər normaldır?

Tarix: 12 May 2021 22:18

Arterial təzyiq -ürəkdən qanın damarlara qovulması və qan damar sisteminin fəaliyyətini göstərən göstəricidir.

Qanın axma sürəti, damarlarda axını və orqanlara çatma tezliyi insanın sağlamlığına birbaşa təsir edir.

Ona görə hər bir insan təzyiqini ölçməli, bilməli, hansı təzyiqin normadan kənara çıxdığını anlamalı və ümumiyyətlə, təzqiyi barədə məlumatlı olmalıdır.

Sonxeber.net təzyiq barədə ətraflı məlumatı təqdim edir.

Aşağı-yuxarı təzyiq nədir?

Bunlar ürəyin işini göstərən vacib parametrlərdir.

Ürək yığılıb açıldıqca qanı damarlara motor və ya nasos kimi vurur, böyük və kiçik qan dövranı ilə ən uzaq və ən yaxın orqanlara oksigen qanla daşınır.

Təzyiqi tonometr adlanan cihazla ölçürlər.

Orda çıxan birinci rəqəm, hansı ki, həmişə ən yüksəyi o olur, yuxarı arterial təzyiq - sistolik təzyiq adlanır. O, ürəyin işini, sağlam olub-olmamasını göstərir.

İkinci rəqəm isə aşağı təzyiq - yəni diastolic təzyiqdir, ürəkdən çıxan və digər orqanlara qanı daşıyan damarların işinin necə olmasının göstəricisidir.

Məsələn, 120/80 təzyiqdə 120 yuxarı təzyiq -ürəyin vəziyyəti, 80- aşağı təzyiq - damarların vəziyyətidir.

Yuxarı - sistolik təzyiq :

Ürəyin mədəciklərinin yığılması nəticəsində yaranır. Yəni mədəcik yığılır, təzyiq yaranır.

Tonometrlə ölçəndə qulaqda fonendoskopla eşidilən ilk nəbz vurğusundan yuxarı təzyiq hesablanır.

Sistolik təzyiq ürəyin əzələsinin yığılıb açılmasından, damarların gərginliyi və tonusundan, ürəyin müəyyən zaman aralığında yığılmasının sayından asılıdır.

Aşağı təzyiq:

Ürək əzələsi qanı qovandan sonra tam boşalan anda qeydə alınan göstəricidir.

Tonometrdə qulaq asanda ürəyin ritmi, döyüntüsü hansı rəqəmdə itirsə, o rəqəm aşağı təzyiq göstərici hesab edilir.
Diastolik aşağı təzyiqi eyni zamanda böyrək mənşəli də hesab edirlər. Çünki damarların tonusuna, qanı qovmasına böyrəklərin qana atdığı renin adlı maddə təsir edir. Ona görə diastolic təzyiqə böyrəklərin əlaqəsi var.

Yuxarı təzyiqlə aşağı təzyiq arasında fərq 40-45 olmalıdır. Yəni aşağı təzyiq mütləq yuxarıdan 40 rəqəm aşağı olmalıdır. Ondan az və ya çox fərq də problem və xəstəlikdən xəbər verir.

Normal təzyiq nədən asılıdır?

İdeal təzyiq 17-yaşdan 55 yaşa kimi 120 /80 mm civə sütunu hesab edilir. Yəni sistolik 120, diastolic 80 olmalıdır.
Bundan 5 rəqəm aşağı yuxarı da normaya yaxındır.

Lakin bəzən normal sağlam adamlarda da təzyiq bəzi səbəblərdən qısa müddətə qalxıb enə bilər.

- Məsələn, qaçanda, əsəbləşəndə, qorxu zamanı, yuxuda, yemək yedikdən sonra və s. Eləcə havanın təsirindən təzyiq dəyişə bilər.

Ona görə də 100/60- la 135/85 arasında dəyişən təzyiq patologiya hesab edilmir və əgər insan özünü normal hesab edirsə, deməli problem yoxdur.

Əgər 100/60 təzqiyində və ya 135/80-da insan özünü pis hiss edirsə, baş gicəllənmə, ürəkbulanma, baş ağrısı, halsızlıq, ürək sıxılma baş verirsə, deməli, xəstədə ya hipotoniya, aşağı təzyiq, ya da hioertoniya - yüksək təzyiq problemi var.

Təzyiqi normal saxlayan amillər:

Normal təzyiqi orqanizmin 2 sistemi idarə edir: sinir və humoral sistem. İri arteriya damarlarının içində yerləşən reseptorlar təzyiq normadan düşən və ya qalxan kimi beyinə siqnal ötürür, o da digər orqan və sistemlərə əmr göndərərək, təzyiqin normallaşdırılması üçün göstərişlər verir.

Bu zaman humoral sistem işə düşür. Əgər insanda təzyiq çox düşübsə, özünü halsız hiss edirsə, böyrəküstü vəzilər adrenalin hasilini artırır və arterial təzyiqi qaldırır.

Təzyiqin daim aşağı və ya yuxarı olmasına səbəb nədir:

- Ürəyin işində pozulma
- Damarların vəziyyətinin pisləşməsi
- Baş beyində qan dövranı pozulması. durğunluq
- Böyrək çatışmazlığı
- Şəkərli diabet
- Daimi stress vəziyyəti

Ona görə də bir iki ay ərzində daimi olaraq təzyiqinizin normadan yuxarı və ya aşağı olduğunu görürsüzsə, mütləq həkimə müraciət edib, səbəbi araşdırmalısız.

Hipertoniya - təzyiqin daim 140/90, 160/100- və yuxarı olması, aşağı təzyiq xəstəliyi isə təzyiqin daim 100/60, 90/50 və daha aşağı olmasıdır. /medicina.az


Etiketlər:  Aşağıyuxarı təzyiq göstəricisi nədir Hansı göstəricilər normaldır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ