Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakı-Quba yolunda ''KamAZ'' aşıb, ölən var

Bakı-Quba yolunda ''KamAZ'' aşıb, ölən var

Tarix: 13 May 2021 10:10

Bakı-Quba yolunda ölümlə nəticələnən yol qəzası olub.

Sonxeber.net bildirir ki, hadisə Bakı-Quba-Rusiya Federasiyası yolunun 112-ci kilometrliyində qeydə alınıb.

Quba rayonunun Barlı kənd sakini, 1983-cü il təvəllüdlü Zakir Ələsgər oğlu Quliyevin idarə etdiyi "KamAZ" markalı yük avtomobili hərəkətdə olarkən idarəetmədən çıxıb. Nəticədə avtomobil yolun sol tərəfindəki maneəyə çırpılaraq aşıb.

Qəza nəticəsində sürücü hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.


Etiketlər:  Bakı Quba yolunda KamAZ aşıb ölən


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ