Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan və Ermənistan sərhədində baş verən gərginlik müzakirə edildi - XİN

Azərbaycan və Ermənistan sərhədində baş verən gərginlik müzakirə edildi - XİN

Tarix: 13 May 2021 20:21

Cari ilin 13 may tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

Sonxeber.net bildirir ki, bu barədə Azərbaycan XİN-dən məlumat verilib.

Belə ki, nazirlər Azərbaycan və Ermənistan sərhədində baş verən gərginlik ilə bağlı fikir mübadiləsi aparıblar.

Tərəflər hər hansı gərginliyin siyasi və diplomatik yolla həllinin vacibliyini vurğulayıblar.

Nazirlər bölgədə sülhün təmin olunması üçün üçtərəfli bəyanatların həyata keçirilməsinin zəruri olduğunu qeyd ediblər.


Etiketlər:  Azərbaycan Ermənistan sərhədində baş verən gərginlik müzakirə edildi XİN


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ