Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Peyvənd olunanlar maska taxmaya bilər - Direktor brifinqdə çıxış edərkən deyib

Peyvənd olunanlar maska taxmaya bilər - Direktor brifinqdə çıxış edərkən deyib

Tarix: 14 May 2021 09:14

ABŞ-da COVID-19 infeksiyasına qarşı peyvənd olunan şəxslərin daha tibbi maska taxmasına və sosial məsafə gözləməsinə ehtiyac yoxdur.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin direktoru Roşel Valenski virtual brifinqdə çıxış edərkən deyib.

R.Valenski qeyd edib ki, tam peyvənd olunmuş şəxslər maska taxmadan və sosial məsafə saxlamadan qapalı yerlərdə və açıq havada keçirilən tədbirlərdə sərbəst iştirak edə bilərlər. O deyib ki, Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin yenilənmiş qaydaları İsraildə və ABŞ-da keçirilmiş elmi tədqiqatların nəticələrinə əsaslanır. "Amerika Tibbi Assosiasiyasının Jurnalı"nda dərc edilmiş İsrail alimlərinin apardığı tədqiqatın nəticələrinə görə, peyvənd COVID-19 qarşı 97 faiz effektlilik göstərib. Bundan əlavə, 5 mindən çox səhiyyə işçisindəki asimptomatik infeksiyaya qarşı 86 faiz təsirli olduğunu göstərib.

Yeni qaydalarla yanaşı, mərkəzin direktoru qeyd edib ki, peyvənd olanların təyyarələrdə, qatarlarda, avtobuslarda tibbi maska taxmaqları vacibdir. Xəstəxanalar, qocalar evləri və həbsxanalar kimi bir sıra qurumlara da daxil olarkən tibbi maska lazımdır.

Milli.Az


Etiketlər:  Peyvənd olunanlar maska taxmaya bilər Direktor brifinqdə çıxış edərkən deyib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ