Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İsmayıllıda avtomobil ağaca çırpılıb, sürücü ölüb - FOTO

İsmayıllıda avtomobil ağaca çırpılıb, sürücü ölüb - FOTO

Tarix: 14 May 2021 10:56

İsmayıllı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Sonxeber.net xəbər verir ki, hadisə bu gün axşam saatlarında İsmayıllı - Qəbələ yolunun Topçu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

İsmayıllı rayonu, Cülyan kənd sakini, 1991-ci il təvəllüdlü Qafarov Qəşəm Firudin oğlu "Mercedes" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib, avtomobil yoldan çıxaraq ağaca çırpılıb.

Hadisə zamanı ağır bədən xəsarətləri alan Qəşəm Qafarov dünyasını dəyişib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.


Etiketlər:  İsmayıllıda avtomobil ağaca çırpılıb sürücü ölüb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ