Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 May 2021 21:36
50 yaşından sonra yaşlı insanlarda, xüsusən bir neçə yanaşı xəstəliyi olan insanlarda təkrarlanan, ağır və xroniki qəbizlik bir az cavan insanlara nisbətən 5 dəfə çox rast gəlinir. Bunun da bir çox obyektiv səbəbləri var.
Sonxeber.net yaşlı insanlar xroniki qəbizliyin səbəblərini təqdim edir:
-Zəif qidalanma
-Orqanizmdə kifayət qədər mayenin olmaması
-Fiziki hərəkətin azlığı
-Çox sayda müxtəlif dərmanların qəbulu
-Bağırsağın peristaltikası və funksiyasının zəifləməsi
Yaşlı insanların qidasında kifayət qədər maye və lifli qidalar olmalıdır ki, bağırsağın peristaltikası işləsin.
Həmçinin dişlərin itirilməsi, protez və yaxşı çeynəməmək də qida qəbulunun keyfiyyətini azaldır.
Çoxu sidik qaçırmaya görə maye az qəbul edir.
Amma ən başlıca səbəb çoxlu dərmanların qəbuludur. Məlumdur ki, diabetik dərmanlar, bəzi hormonal dərmanlar, ağrıkəsicilər, təzyiq dərmanlarının təlimatında əks təsirlər sırasında ilk yeri mədə-bağırsaq sistemi tutur. Bu dərmanlar qəbizlik yarada bilir. Amma həyati vacib dərmanların qəbulunu saxlamaq mümkün olmadığından, yaşlı insan təəssüf ki, qəbizliklə mübarizə aparmalı olur.
Ona görə həkim müayinəsində xəstə hansı dərmanları qəbul etdiyini də göstərməlidir.
Qəbizliyə səbəb olan digər xəstəliklər:
-Ürək xəstəlikləri, ürək çatışmazlığı
-ŞƏkərli diabet
-Hiperkalsiemiya
-Hipotireoz
-Sinir xəstəlikləri
-Skleroz
-Parkinson
-Depressiya
-Demensiya
-Babasil, anal çat
-Diverkulit
-Qıcıqlanmış bağırsaq sindromu
PROFİLAKTİKA
Yaşlı və xəstə insanın həftədə heç olmasa 3 dəfə bağırsaqlarının boşalmasına çalışmaq lazımdır və bu xroniki qəbizliyi olan insan üçün normaldır.
Bunun üçün:
-Balanslaşdırılmış qidaya keçməli, lifli qidalar çox qəbul etməli
-Maye qəbulunu artırmalı
-Fiziki hərəkət və gəzintini çoxaltmalı
-Qəhvə, çay qəbulu azalmalı
Qəbizliyin müalicəsi:
Yaşlı insanlarda xroniki qəbizıiyin müalicəsi müayinə və diaqnozdan sonra həkim qastroenteroloq və terapevt tərəfindən təyin olunmalıdır.
Onlara bağırsaq yuyulması, müəyyən siroplar, dərmanlar, bitki tərkibli çaylar təyin oluna bilər. Həmçinin bağırsağın hərəkətliliyini təmin etmək üçün bəzi hərəkətlər öyrədilir.
Qida menyusu dəyişdirilir və gücləndirici terapiya aparılır. /medicina.az