Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu gün şəhid olan hərbi qulluqçumuzun FOTOSU

Bu gün şəhid olan hərbi qulluqçumuzun FOTOSU

Tarix: 15 May 2021 21:26

15 may tarixində saat 16:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Göytəpə'" sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonu­nun Gendərə kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində 3 nəfər naməlum şəxsin dovlət sərhədini pozması aşkar olunub.

Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzindən verilən məlumata görə, sərhəd pozucularının açdıqları atəş nəticəsində baş leytenant Eyvazov Samir Elmar oğlu və kiçik gizir Alimov Fərid Elçin oğlu yaralanıblar. Hərbi qulluqçular dərhal tibb müəssisəsinə təxliyə olunub, lakin həyatlarını xilas etmək mümkün olmayıb.

Bu gün İranla sərhəddə şəhid olan baş leytenant Eyvazov Samir Elmar oğlunun fotosunu təqdim edirik:

Milli.Az


Etiketlər:  Bu gün şəhid olan hərbi qulluqçumuzun FOTOSU


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ