Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 May 2021 10:30
Paytaxtın Xətai rayonu, Yavər Səfərov küçəsində qanunsuz tikili sökülüb.
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Bakı şəhər regional tikinti müfəttişliyinin rəisi Bəxtiyar Tağıyev bildirib ki, nazirliyin 112 qaynar xəttinə daxil olan müraciət əsasında qanunsuz tikintinin aparılması aşkar edilib və işlər dərhal dayandırılıb.
Bəxtiyar Tağıyev bildirib ki, tikinti zamanı qanunvericiliklə nəzərdə tutulan normalar pozulub.
Tikintiyə dair heç bir icazə sənədinin olmadığını etiraf edən qanunsuz tikilinin sahibi Şərqiyyə Salmanova ailəsi ilə birlikdə uzun illər kirayədə yaşadığını və ərazidə fərdi ev tikmək istədiyini bildirib.
Bəxtiyar Tağıyev əlavə edib ki, bayram günlərindən istifadə edərək bəzi vətəndaşlar tərəfindən belə cəhdlər edilir və məlumat daxil olan kimi müvafiq tədbirlər görülür. Proses bundan sonra da davam etdiriləcək.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: