Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 May 2021 10:40
Kifayət qədər istifadəçisi olan vatsap sosial şəbəkəsi yeni məxfilik qaydalarını qəbul etməyən istifadəçilərdə tətbiqin funksiyalarını məhdudlaşdıracaq.
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki,yenilənən istifadəçi müqaviləsini qəbul etməyənlər üçün zənglər və mesajlar daxil olmaqla müəyyən funksiyalar tədricən məhdudlaşdırılmağa başlanır. Yeni qaydalara əsasən, xidmət "facebook" sosial şəbəkəsi ilə məlumat mübadiləsi edəcək. Bəzi vətəndaşlar yeni qaydalarla razılaşmırlar.
Bir neçə həftə məhdud funksionallıqdan sonra bır sıra limitlər tətbiq olunacaq.
Ekspert Rəşad Əliyev bildirib ki, yanvarda vatsap fərdi məlumatların "facebook"a ötürülməsinə dair istifadəçi müqaviləsinə əlavə bənd daxil edərək yeniləyib.
İstifadəçilər yeniləmələri "əlverişli tempdə" oxuyub qəbul edə bilsinlər deyə, şirkət istifadəçi müqaviləsinin tətbiqini fevralın 8-dən mayın 15-dək təxirə salıb.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: