Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 May 2021 10:46
"Martın 3-dən müəllimlərin vaksinasiyasına başlanılıb. Aprel ayından isə bu prosesdə yaş həddi götürülüb".
Sonxeber.net bildirir ki, bunu APA-ya açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Xəyalə Əhmədzadə deyib.
O bildirib ki, Bakıda müəllimlərin vaksinasiyası 10 məntəqədə həyata keçirilir. Artıq Bakıda təhsilverənlərin 70 faizi vaksinasiyadan keçib: "Normal təhsilə qayıtmağın tək yolu vaksinasiyadan keçməkdir. Müəllimlər də bu prosesdə öndə oldular".