Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 May 2021 12:25
Xəbər verdiyimiz kimi, ötən gün Niderlandın ev sahibliyi etdiyi "Avroviziya" mahnı müsabiqəsinin rəsmi açılış mərasimi baş tutub.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, Rotterdam şəhərində keçirilən tədbirə Malta və Rumıniya istisna olmaqla bütün iştirakçı ölkələr qatılıb.
Açılışda Azərbaycan təmsilçisi Samirə Əfəndi də yer alıb. O, firuzəyi xalçada məşhur dizayner Rüfət İsmayılın kolleksiyasından olan libasda görünüb.
Modelyerin həmin kolleksiyasına bir müddət əvvəl Xalq artisti Aygün Kazımova da "Jara" musiqi festivalı üçün müraciət etmişdi.
Samirənin saç və makiyajı üzərində isə tanınmış stilist Anar Ağakişiyev çalışıb.
Əfəndinin səhnə geyimi kimi onun xalı üzərindəki libası da müzakirəsiz ötüşməyib. Sosial şəbəkə istifadəçiləri, media üzvləri sənətçinin obrazını tənqid ediblər.
Samirənin geyim modeli, saçı, aksessuarı, çantasının bir-birini tamamlamadığı vurğulanıb. Müğənni isə firuzəyi xalçada KİV-ə açıqlamasında geyimini çox bəyəndiyini, obrazının yaradanlara öz təşəkkürünü bildirib.
Əfəndi, həmçinin küpəsinin ona Norveç təmsilçisi TIX tərəfindən hədiyyə verildiyini açıqlayıb.
Bu məqamda bildirək ki, TIX ötən ildən etibarən Samirəyə sevgi etirafları ilə gündəmə gəlir.