Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Avqust 2019 08:20
Bakı. Trend:
Yaponiyada ədliyyə naziri Takasi Yamasitanın əmri əsasında iki cinayətkar asılıb.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Yaponiyanın İctimai Televiziyası xəbər verib.
Asılan şəxslərin kimliyi və digər təfərrüatlar barədə məlumat verilmir.
Qeyd edək ki, hazırki baş nazir Şinzo Abenin vəzifədə olduğu müddətdə 38 nəfər edam edilib. Ötən ilk Yaponiyada "Aum Sinrikö" ekstremist qruplaşmasının 13 üzvü və rəhbəri edam edilib.
Yaponiyanın Vəkillər Assosiasiyası ölkədə cinayətkarların edam edilməsinə son verməyə çağırır. Cinayətkarların asılması yalnız ədliyyə nazirinin yazılı əmrindən sonra icra edilir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin