Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 May 2021 17:04
21-31 may tarixlərində Özbəkistanın paytaxtı Daşkənddə gənclər arasında ağır atletika üzrə dünya birinciliyi keçiriləcək. 112 ölkədən 384 (220 kişi + 164 qadın) atletin qatılacağı yarışda Azərbaycan yığmasının üzvləri də qüvvələrini sınayacaq.
Azərbaycan Ağır Atletika Federasiyasından Sonxeber.net-a bildirilib ki, baş məşqçilər Oktay Muxtarov (yeniyetmələr) və Maksum Xasanovun (gənclər) rəhbərliyi altında komandamız aşağıdakı heyətlə çıxış edəcək: Tehran Məmmədov (61 kq), Murad Əliyev (67 kq),Ömər Cavadov (73 kq), Əliyev Füqan (81 kq) və Əli Şükürlü (102 kq).
Hakim qismində ölkəmizi beynəlxalq dərəcəli hakim Vahid Nəzərov təmsil edəcək.