Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Samsung” 5G dəstəkli ucuz “Galaxy A22” smartfonunu təqdim edəcək

“Samsung” 5G dəstəkli ucuz “Galaxy A22”  smartfonunu təqdim edəcək

Tarix: 18 May 2021 09:30

“Samsung” şirkəti beşinci nəsil mobil şəbəkələrində işi dəstəkləyən ucuz smartfon təqdim etməyə hazırlaşır. Bu barədə “Gizmochina” nəşri məlumat verib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, smartfon “FHD ” təsvir ölçülü 6,5 düymlük IPS ekranla təchiz edilib. “Samsung A22” cihazına “MediaTek Dimensity 700” prosessorunun quraşdırılacağı gözlənilir. 4G versiyası isə “Helio G80” prosessoru ilə işləyəcək.

 

5G model LTE versiyadan kameraların sayına görə də fərqlənəcək: birinci üç sensorlu modula (əsas sensorun təsvir ölçüsü 48 mp təşkil edəcək) malik olacaq, ikincidə isə kameraların sayı 1 ədəd çox olacaq. İnsayderlərin məlumatına görə, “Galaxy A22” cihazı 15 vatlıq enerjidoldurma texnologiyasını dəstəkləyən 5000 milliamper/saat tutumlu akkumulyatorla təchiz ediləcək.

 

Emil Hüseynov




Etiketlər:  Samsung dəstəkli ucuz Galaxy smartfonunu təqdim edəcək


RƏYLƏR