Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu il ƏƏSMN-in fəaliyyət sahələri üzrə 220 min elektron arayış verilib

Bu il ƏƏSMN-in fəaliyyət sahələri üzrə 220 min elektron arayış verilib

Tarix: 18 May 2021 15:00

Cari ilin yanvar-aprel aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə 220 min elektron arayış verilib.

Nazirlikdən Milli.Az-a verilən məlumata görə, əmək, məşğulluq, sosial təminat, əlillik, reabilitasiya və s. sahələr üzrə əhaliyə xidmətlərin elektronlaşdırılması proqramı çərçivəsində Nazirlik tərəfindən son iki ildə 30-dək e-arayış xidməti yaradılıb.

Bununla da vətəndaşlar əmək, məşğulluq, sosial müdafiə, sosial sığorta, əlillik, sosial təminat növləri, mənzil və avtomobillə təmin edilmə, fərdi şəxsi hesab və s. barədə arayışları hər hansı quruma müraciət etmədən, real vaxt rejimində e-qaydada əldə edə bilmək imkanı əldə edib.

Milli.Az


Etiketlər:  ƏƏSMN fəaliyyət sahələri üzrə elektron arayış verilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ