Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 May 2021 19:05
ARB TV-nin "Bazar Düzü" verilişinin növbəti qonağı təşkilatçı Ömər Abdullayev olub.
Gənc təşkilatçı xeyriyyə tədbirlərindən qonorar istəyən məşhurların adını çəkməkdən çəkinməyib:
"Təşkil etdiyimiz xeyriyyə tədbirlərinə çağırdığımız ifaçılardan qonorar istəyənlər olub. 2018-ci ildə əlil uşaqlar üçün təşkli olunan konsertdə iştirak üçün müğənni Kərim 500 manat istəmişdi. Daha sonra Gülüstan Əliyeva da qonorar istəyib. İfaçı Damla xanıma dəfələrlə zəng vurmuşuq. Deyir ki, biz ümumiyyətlə xeyriyyə tədbirinə getmirik".