Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ter-Petrosyanın seçkilərlə bağlı qərarı elan olundu

Ter-Petrosyanın seçkilərlə bağlı qərarı elan olundu

Tarix: 18 May 2021 20:48

Ermənistanın birinci prezidenti və Ermənistan Milli Konqresi növbədənkənar parlament seçkilərində iştirak edəcək.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə ilur.am saytı məlumat yayıb. Sözügedən qərarın partiyanın idarə heyətinin iclasında qəbul edildiyi bildirilir.

Ter-Petrosyan EMK namizədlər siyahısına, partiyanın sədr müavini Levon Zurabyan isə seçki qərargahına rəhbərlik edəcək.

"Ermənistanda rasional siyasi düşüncə, cəsarət və xalqa qarşı dürüstlük qələbə qazanmalıdır. Yalnız bu yolla tərəqqiyə başlamaq olar", - deyə partiyanın bəyanatında deyilir.

Qeyd edək ki, Ermənistanda erkən parlament seçkiləri iyunun 20-də keçiriləcək.

Milli.Az


Etiketlər:  Ter Petrosyanın seçkilərlə bağlı qərarı elan olundu


RƏYLƏR