Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 May 2021 12:39
“Qualcomm” şirkəti mobil prosessorlar çeşidini genişləndirərək beşinci nəsil mobil rabitə dəstəkli orta səviyyəli qabaqcıl smartfonlarda istifadə üçün nəzərdə tutulan “Snapdragon 778G 5G” (SM7325) çipini nümayiş etdirib.
“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, yeni qurğu 6 nanometrlik texnologiya əsasında hazırlanıb. Prosessorun tərkibinə 2,4 giqahers takt tezlikli səkkiz “Kryo 670” hesablama nüvəsi daxildir. Qrafikanın emalını “Vulkan 1.1”, “OpenGL 3S 3.1”, “OpenCL 2.0 FP”, “HDR10 ” və “HDR10” texnologiyalarını dəstəkləyən “Adreno 642L” sürətləndiricisi həyata keçirir.
“Snapdragon 778G 5G” platforması üzərində hazırlanan smartfonlar 144 giqahers yeniləmə tezliyinə malik “Full HD ” formatlı ekranlarla təchiz edilə bilər.
Prosessor 192 milyon pikselli kamera, 36 22 milyon piksel konfiqurasiyasında qoşa kamera və 22 meqapikselli üçlü kameralardan istifadə imkanını təmin edir.
Çip “Wi-Fi 6E” və “Bluetooth 5.2” simsiz rabitə adapterləri, eləcə də “NFC” kontrolleri ilə təchiz olunub. Həmçinin “Qualcomm 3D Sonic” və “3D Sonic Max” barmaq izi skanerlərindən istifadə imkanı mövcuddur.
İnteqrasiya edilmiş “Snapdragon X53 5G” modemi məlumatları 3,3 Qbit/saniyə sürətində ötürməyə imkan verir. Bundan başqa, “Quick Charge 5” sürətli enerjidoldurma texnologiyası dəstəyi tətbiq edilib.
Nizam Nuriyev