Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 May 2021 15:54
Baş Prokurorluq Gəncə Hava Limanından xaricə səfər edərkən 96 sərnişində koronavirus testi ilə bağlı saxta arayışlar aşkarlanmasına münasibət bildirib.
Baş Prokurorluğun Mətbuat xidmətindən Sonxeber.net-a verilən məlumatda bildirilir ki, hazırda bu məsələ ilə bağlı araşdırmalar aparılır: "Bəzi kütləvi informasiya vasitələrində Gəncə Hava Limanında Gəncə-Sankt- Peterburq aviareysi ilə səyahət etmək istəyən 96 sərnişinin koronavirus infeksiyasının müayinəsinə dair "Leyla Medical Center" və "Oksigen" klinikasından verilən tibbi arayışların saxta olması barədə məlumatlar yayılıb. Bununla bağlı bildiririk ki, qeyd edilən faktla bağlı hazırda Gəncə şəhər prokurorluğunda araşdırma aparılır. Nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcəkdir".