Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Pandemiya Portuqaliyada uşaqların həyat şəraitini pisləşdirib

Pandemiya Portuqaliyada uşaqların həyat şəraitini pisləşdirib

Tarix: 19 May 2021 20:28

Portuqaliyanın Uşaq və Gəncləri Qoruma Milli Komissiyası COVID-19 pandemiyasının ölkədə uşaqların vəziyyətini pisləşdirdiyini bildirib.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, komissiyanın məlumatına görə, "Uşaqlar təhlükədədir" telefon xəttinə bir il ərzində kiçik ailə üzvlərinə qarşı psixoloji, emosional və fiziki zorakılıq halları ilə bağlı 2702 əsaslı şikayət daxil olub.

Komissiyanın prezidenti Rosario Farmhausun sözlərinə görə, koronavirus pandemiyasına görə tətbiq olunmuş karantin rejimi yalnız zorakılıqdan deyil, həm də valideynlərin işsiz qalmasından, baxımsızlıqdan əziyyət çəkən uşaqlarda ciddi neqativ hallar yaradır. Təəssüf ki, pandemiyanın yaratdığı belə bir həssas vəziyyətlə böyüklər öz əsəblərini çox vaxt uşaqlarından çıxır.


Etiketlər:  Pandemiya Portuqaliyada uşaqların həyat şəraitini pisləşdirib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ