Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Neftçi'' çempionluq kubokunu şəhid azarkeşlərinin məzarına apardı

''Neftçi'' çempionluq kubokunu şəhid azarkeşlərinin məzarına apardı

Tarix: 20 May 2021 08:04

Premyer Liqada mövsümün son turunda "Qarabağ"a qalib gələrək (1:0) Azərbaycan çempionu olan "Neftçi" 2-ci Fəxri Xiyabanı ziyarət edib.

Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, paytaxt təmsilçisi matçdan sonra torpaqlarımızın azadlığı uğrunda şəhid olanların xatirəsini yad etmək üçün bu addımı atıb.

Klub prezidenti Kamran Quliyev, baş məşqçi Samir Abasov, klub əməkdaşları və futbolçular tam heyətlə 2-ci Fəxri Xiyabana yollanıb. Çempionluq kubokunu da özü ilə aparan "Neftçi" həm də şəhid olan azarkeşləri - mayor Rüfət Əsgərov və leytenant Teymur Məcidzadənin məzarını da ziyarət edib, ruhuna dualar oxuyublar.


Etiketlər:  Neftçi çempionluq kubokunu şəhid azarkeşlərinin məzarına apardı


RƏYLƏR