Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 May 2021 15:15
Müğənni Nurlan Əzizbəyli 11 ay əvvəl "Bizimləsən" verilişinə gələrək evinin təmirsiz, uçma təhlükəsi olduğunu bildirib.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, sənətçi mənzilinin yenilənməsi üçün yardım istəmişdi. N.Əzizbəyli və həyat yoldaşı Nərmin artıq evlərinin təmir edildiyini bildiriblər.
"Kirayədə qaldıq, pulu dövlət ödəyirdi. Evimiz gözəldi. İndi heç nəyimiz yoxdur, yerdə yatacağıq. Əvvəlki əşyalarımız çürümüşdü. Amma evimiz gözəl oldu. Hər şeyi özüm seçdim" deyə, Nərmin söyləyib.
Nurlan isə təmirdə onlara millət vəkili Qənirə Paşayevanın da yardım etdiyini söyləyib.