Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

200 ailənin yaşadığı yataqxana uçmaq təhlükəsi ilə üz-üzədir - VİDEO

200 ailənin yaşadığı yataqxana uçmaq təhlükəsi ilə üz-üzədir - VİDEO

Tarix: 22 May 2021 10:52

Bakıda təxminən 200 ailənin yaşadığı iki yataqxana qəzalı vəziyyətdədir. Vaxtilə təkər zavoduna məxsus olan həmin binalar istismar müddətini başa vurduğundan yaşamaq üçün təhlükəli durumdadır. Aidiyyəti qurumun məsələyə münasibəti nədir?

Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, qəzalı vəziyyətdə olan bina uçmaq təhlükəsi ilə üz-üzədir. Görüntülər paytaxtın Nərimanov rayonu Xoyski küçəsi, 138 və 140 ünvanındakı dördmərtəbəli iki yataqxanadandır. Sovet vaxtı təkər zavoduna məxsus olan yataqxanada elə həmin zavodun işçiləri təxminən 35 ildir məskunlaşıblar. Onlar öz vəsaitləri hesabına mənzillərini özəlləşdiriblər. Üz-üzə olan hər iki bina bir neçə ildir istismar müddətini başa vurduğundan qəzalı vəziyyətə düşüb.

Qeyd edək ki, binada hər mərtəbənin ümumi olaraq bir mətbəx və sanitar qovşağı var. Ümumi istifadədə olan hər iki otaq demək olar ki, yararsız hala düşüb. Sakinlər deyirlər ki, dəfələrlə öz vəsaitləri hesabına həm hamam otağında, həm də mətbəxdə təmir işləri aparıblar.

Sakinlər deyirlər ki, yaranmış vəziyyətlə bağlı dəfələrlə Nərimanov rayon və Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ediblər. Amma hər dəfə onlara yaxın günlərdə binaların söküləcəyi və yerində yeni müasir yaşayış binasının tikiləcəyini vəd ediblər.

Nərimanov rayon İcra Hakimiyyətindən isə ''Xəzər Xəbər''ə bildirildi ki, həmin binaların sökülməsi ilə bağlı qərar var. Hətta yeni inşa ediləcək iki girişli, 16 mərtəbəli binanın planı da hazırlanıb və yaxın vaxtlarda işlərə başlanacaq. Həmin sakinlərə yeni binalarda mənzillər veriləcək.


Etiketlər:  ailənin yaşadığı yataqxana uçmaq təhlükəsi ilə üzədir VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ