Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 May 2021 17:32
17:30
İtaliyanın şimalında (Piemont bölgəsi) funikulyorda baş verən qəza nəticəsində səkkiz nəfər ölüb, iki uşaq ağır yaralanıb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə ANSA agentliyi hadisə yerində işləyən xilasedicilərə istinadən məlumat verib. Bildirilir ki, ən azı 11 nəfərin olduğu bir kabində kəndirin qırılması nəticəsində funikulyor qəzaya uğrayıb.
--------
16:07
İtaliyada funikulyor qəzası baş verib.
Sonxeber.net axar.az-a istinadla xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
Məlumata görə, hadisə ölkənin şimalında baş verib. Qəza zamanı azı 4 nəfər həlak olub.