Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Milli karyerasını başa vurdu - 31 yaşında

Milli karyerasını başa vurdu - 31 yaşında

Tarix: 23 May 2021 20:26

Bosniya və Herseqovina milli komandasının və Türkiyənin "Başakşəhər" klubunun futbolçusu Edin Vişça yığmadakı karyerasını bitirib.

Sonxeber.net matc.az-a istinadən bildirir ki, bu barədə Bosniya və Herseqovina yığmasının baş məşqçisi İvaylo Petev açıqlama verib.

O, 31 yaşlı Vişçanın milli komandadakı karyerasını bitirməsi ilə bağlı onu məlumatlandırdığını bildirib.
 
2010-cu ildə Bosniya və Herseqovina millisində debüt edən Vişça, yığmada 55 oyunda 10 qol vurub.


Etiketlər:  Milli karyerasını başa vurdu yaşında


RƏYLƏR