Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 May 2021 22:48
Almaniyanın "Borussiya" (Mönhenqladbax) klubu beş futbolçusu ilə yollarını ayırıb.
Sonxeber.net matc.az-a istinadən bildirir ki, bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Xəbərdə İbrahima Traore, Oskar Vendt, Valentino Lazaro, Xulio Vilyalba və Maks Qrünün komandadan ayrıldığı diqqətə çatdırılıb. Onların klubla müqavilə müddəti başa çatıb. Tərəflər yeni sözləşmə imzalamayıblar.
Qeyd edək ki, Mönhenqladbax "Borussiya"sı Bundesliqada geridə qalan mövsüm ərzində 34 oyuna 49 xalla 8-ci pilləni tutub və avrokuboklara vəsiqə qazana bilməyib. Oskar Vendt 22 oyun keçirib, 1 qol vurubsa, Valentino Lazaro da 22 oyunda 2 qolla yadda qalıb. Zədə səbəbindən uzun müddət komandasına kömək edə bilməyən İbrahima Traore cəmi 7 qarşılaşmada forma geyinib. Maks Qrün ilə Xulio Vilyalba isə ümumiyyətlə forma şansı qazanmayıb.