Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Almaniya kansleri ölkədəki nümayişlərdə İsrail əleyhinə səslənən şüarları pisləyib

Almaniya kansleri ölkədəki nümayişlərdə İsrail əleyhinə səslənən şüarları pisləyib

Tarix: 24 May 2021 20:06

Yaxın Şərqdəki hadisələrə münasibət bildirmək üçün şənbə günü bütün Almaniyada nümayişçilər küçələrə çıxıb.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, 2 min nəfərin iştirak etdiyi ən genişmiqyaslı aksiyalar paytaxtın mərkəzində və Frankfurtda keçirilib. Drezdendə günortadan sonraya planlaşdırılan digər böyük üçüncü nümayiş isə polisə təqdim olunan ekstremist şüarlar səbəbindən son anda qadağan edilib.

Ölkə kansleri Angela Merkel vətəndaşları antiisrail xarakterli transparantlarla "qırmızı xətti" keçməmələri barədə xəbərdarlıq edib.

"Əsas Qanun ifadə azadlığı və dinc toplaşmaq hüququnu təmin edir. Lakin bu, digər dinlərə mənsub insanlara hücum etməyə əsas vermir. Zorakılığın və irqçiliyin təbliğinə yol vermək olmaz", - deyə o xalqa etdiyi videomüraciətdə bildirib.


Etiketlər:  Almaniya kansleri ölkədəki nümayişlərdə İsrail əleyhinə səslənən şüarları pisləyib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ