Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 May 2021 00:32
Bu ilin yanvar-aprel aylarında Bərk Məişət Tullantılarının Yandırılması Zavodu 73,42 mln. kVt-saat elektrik enerjisi istehsal edib ki, bu da illik müqayisədə 2,3% çoxdur.
Energetika Nazirliyindən Sonxeber.net-a verilən məlumata görə, hesabat dövründə Azərbaycanda külək elektrik stansiyalarında 31,12 mln. kVt-saat, günəş elektrik stansiyalarında isə 14,2 mln. kVt-saat elektrik enerjisi istehsal edilib.
Məlumata görə, hesabat dövründə külək, günəş stansiyalar və Bərk Məişət Tullantılarının Yandırılması Zavodu tərəfindən 118,7 mln. kVt-saat enerjisi istehsal edilib, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 1 mln. kVt-saat və ya 0,84% azdır.