Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Jurnalistlər “Lider TV”nin önünə toplaşacaq - Mayın 31-i telekanalla vida mərasimi...

Jurnalistlər “Lider TV”nin önünə toplaşacaq - Mayın 31-i telekanalla vida mərasimi...

Tarix: 25 May 2021 16:08

"Salam əziz Liderçilər! Dünən Lider TV-nin bağlanma xəbəri yayıldıqdan sonra vaxtı ilə bu kanalda işləmiş dostlarımız heç cür özlərinə gələ bilmirlər.  Hamı bu xəbərin kədəri ilə yaşayır. Təklif var ki, bütün liderçilər 31 may axşam saatlarında Lider TV-nin binası qarşısına toplaşaq və bizim üçün həyat məktəbi olmuş televiziyamızın son dəqiqələrini birlikdə yaşayaq. Harada işləməyindən, hansı vəzifə tutmağından asılı olmayaraq, bütün liderçilərə səslənirik. Xahiş edirəm bu təklifi bütün liderçilər arasında paylaşaq ki, hamının xəbəri olsun!"

Sonxeber.net "bizim.media"ya istinadən xəbər verir ki, bu fikirlər "Facebook"da MTRŞ tərəfindən bağlanma xəbəri yayılan "Lider TV"nin keçmiş əməkdaşları tərəfindən yayılıb.

Bununla da istər hazırda adı çəkilən telekanalda çalışanlar, istərsə də bir vaxtlar yolu "Lider TV"dən keçənlər 21 yaşını qeyd edə bilməyən televiziyanın qarşısına yığışacaq.


Etiketlər:  Jurnalistlər Lider TVnin önünə toplaşacaq Mayın telekanalla vida mərasimi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ